İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yalnız yeni nəsil silahlar alır – Papikyan

Ermənistan Müdafiə naziri Suren Papikyan ölkəsinin hərbi təchizat strategiyası barədə yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Papikyan İctimai Televiziyaya müsahibəsində İrəvanın yalnız yeni nəsil silahlar aldığını bildirib. Onun sözlərinə görə, Ermənistan silah təchizatının diversifikasiyası məsələsini artıq tamamilə həll edib və bu istiqamətdə mühüm irəliləyiş əldə olunub.

Nazir qeyd edib ki, ölkə öz hərbi-sənaye kompleksini də sürətlə inkişaf etdirir və yerli istehsal nümunələri ordunun arsenalında getdikcə daha çox yer tutur.

“Biz hər şeyi etməliyik ki, erməni silah sistemləri xarici bazarlarda rəqabət qabiliyyətli olsun. Bunun üçün yeni investisiyalar lazımdır. Bu sahəyə sərmayə qoymadan, xarici analoqlarla rəqabət apara biləcək hərbi vasitələrə sahib olmaq mümkün deyil”, – deyə Papikyan vurğulayıb.

Nazirin sözlərinə görə, 2022-ci ildə Ermənistan müdafiə şirkətləri ilə cəmi 14 milyon dollarlıq müqavilələr bağlamışdısa, sonrakı illərdə bu rəqəm üç il ərzində 440 milyon dollara qədər yüksəlib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR