İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan xarici işlər naziri: “Biz Təbrizdə baş konsulluq açmaq niyyətindəyik”

“Mən Ermənistanın Təbrizdə baş konsulluq açmaq niyyətini bir daha təsdiq edirəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 21-də İranın Qafandakı baş konsulluğunun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, İran həmişə Ermənistanın əsas tərəfdaşı olub və belə də qalacaq.

“Əməkdaşlığımıza geniş siyasi gündəm, habelə ticarət, enerji, nəqliyyat, turizm, elm, təhsil, mədəniyyət sahələrində sıx əlaqələrin qurulması da daxildir. Ümid edirik ki, bu münasibətlər daha da dərinləşəcək və yeni nəfəs alacaq”, – deyə Mirzoyan bildirib.

Qeyd edək ki, baş konsulluğun açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da iştirak edib.

Xatırladaq ki, İran hökuməti ötən ilin sonunda Sünikdə baş konsulluq açmaq qərarına gəlib. Morteza Abedin Varamin İranın Qafanda baş konsulu təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR