İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan səfirinin İsrail XİN-ə çağırılmasının DETALLARI

İsrail Xarici İşlər Nazirliyi (XİN) Ermənistan səfirini bu quruma dəvət edərək Fələstin Dövlətinin tanınmasına etiraz edib.

XİN-in məlumatına görə, səfir Arman Akopyan Fələstinin tanınmasına görə rəsmi Təl-Əvivdən “şiddətli töhmət” alıb.

Ötən ilin oktyabrında Qəzzada müharibə başladıqdan sonra bir sıra dövlətlər - Sloveniya, İrlandiya, İspaniya, Norveç Fələstinin müstəqilliyini tanıyıb.

İsrail müxtəlif dərəcəli diplomatik addımlarla Fələstini tanıyan ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirir.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Fələstin Dövlətini tanındığını rəsmən elan edib.

"İsrail-Fələstin münaqişəsinin həlli üçün "iki dövlət" prinsipini dəstəkləyirik", - nazirliyin saytında yer alan bəyanatda bildirilir.

Xatırladılır ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnaməsinə qoşulub. / “Azadlıq Radiosu”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR