Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində ali təhsil və elm sahəsində qanunvericilik islahatlarına həsr olunmuş dinləmələr zamanı gözlənilməz hadisə baş verib – zalda elektrik enerjisi kəsilib.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, hadisə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan çıxış edərkən baş verib.
Nazir çıxışını qaranlıqda davam etdirib.
“Görünür, mikrofonlar sönmədi. Bu, normaldır?”, - deyə Janna Andreasyan dinləmələrə sədrlik edən, hakim “Vətəndaş sazişi” partiyasının deputatı və parlamentin Elm, Təhsil, Mədəniyyət, Diaspora, Gənclər və İdman üzrə daimi komissiyasının rəhbəri Sisak Qabrielyana sual ünvanlayıb.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ