İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan ordumuza qarşı kamikadze dronlardan istifadə etsə...” - SON DƏQİQƏ açıqlaması

“Bu təxribatlar onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç zaman sülh danışıqlarında səmimi olmayıb, belə bir niyyəti indi də yoxdur. Əvvəllər olduğu kimi, bu dəfə də danışıqlar öncəsi erməni tərəfi genişmiqyaslı təxribatlara əl atıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

edalet.jpg (248 KB)

Ekspert bildirib ki, bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək:

“Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır.

Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, şəhid olursa, belə bir vəziyyətdə, münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 il işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”.

Ədalət Verdiyev Ermənistanın Azərbaycan ordusuna qarşı İran dronlarından istifadə məsələsindən də danışıb:

“İran dronlarından istifadə haqqında məlumatlar mövcud olsa da, onları hələ ki, təsdiqləyən foto və ya video materiallar əlimizdə yoxdur. Amma hər bir halda İranın kamikadze dronlarını Ermənistana verdiyi istisna edilməməlidir. Əlimizdə foto və ya video material olduqda biz belə dronların markasını və imkanlarını araşdıra bilərik. Hələ ki, əlimizdə real görüntülər yoxdur. Ona görə də hesab edirəm ki, bu barədə danışmaq bir qədər tezdir”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR