Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda media, xüsusən də hökumət əleyhinə hərəkatı fəal işıqlandıran mətbuat polisin əsas hədəfi elan edilib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan çıxış edib.
Erməni deputat feysbuk səhifəsində bunları qeyd edib:
“Təsadüfi deyil ki, son günlər jurnalistlərə, operatorlara qarşı müxtəlif kobudluq və zorakılıq halları ifadə olunur. Müəyyən polis zabit və qulluqçu qrupları xidmət adı altında siyasi hakimiyyətin və onun nümayəndələrinin şəxsi istəklərini yerinə yetirərək mənəvi sərhədləri çoxdan keçiblər”.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ