İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ordusunun mayoruna ittiham elan edildi

Basarkeçərdə 15 əsgərin ölümü ilə nəticələnən kazarmada baş verən yanğınla bağlı daha bir hərbçi saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu açıqlama yayıb. Hərbi hissənin Kommunal istismar, yanğın təhlükəsizliyi və xilasetmə əməliyyatları xidmətinin rəisi, mayor M.S. saxlanılan şəxsdir.

O, səhlənkarlıq nəticəsində insan ölümünə səbəb olan vəzifəli səhlənkarlıqda ittiham olunur.

Müstəntiqlər müəyyən ediblər ki, mayor öz vəzifə borcunu yerinə yetirməyib, şəxsi heyəti təhlükəsizlik tədbirləri ilə tabış etməyib, yanğınsöndürənlərin olmasına nəzarət etməyib, kazarmada lazımi şərait yaratmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR