İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası hiddət içində! Paşinyan gülüş hədəfinə çevrildi

"Kreml jurnalistləri və mətbuat katibi Peskov fotoşəkillərin nə üçün qəsdən, son dərəcə ədəbsiz şəkildə yayılmasını  izah etməyə borcludurlar. Bu kadrları yaratmaqda və ya dərc etməktə hədəfləri nə olub?" 

Musavat.com xəbər verir ki, bunu etiraz olaraq erməni telegram kanalları  bildiriblər.

Qeyd edək ki,  Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında əyilməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Hətta rusiyalı politoloq İqor Korotçenko sosial media hesabında fotonu  paylaşaraq deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin nüfuzunu, böyüklüyünü və siyasi üstünlüyünü tanıyır və qəbul edir. O, Paşinyanın İlham Əliyevin qarşısında baş əyməsini “Günün fotosu” kimi təqdim edib.

Paşinyan Əliyevin qarşısında başını aşağı salır və Azərbaycan liderinin gözlərinin içinə baxmamağa çalışır”. – deyə Korotçenko əlavə edib.

Ermənistan bəzi saytları  bu görüntülərdən hiddətə gələrək Rusiyanın rəsmi şəxslərini günahlandırıblar.

"Əgər konkret məsul şəxslər varsa, məsələn, RİA/RT-nin baş direktoru Kiselev, o zaman Kiselev məsuliyyət daşımalıdır. Peskovun şərhi yoxdursa, Kiselev məsuliyyətə cəlb edilməlidir. Bu ciddi bir tədbirdir və ölkəni təmsil edən lider hansısa personajların girovuna çevrilə bilməz".

 

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR