İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat ATƏT PA üzvlərini təhqir etdi


Xəbər verdiyimiz kimi, Birmingemdə keçirilən ATƏT-in 29-cu Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyəti qətnamələrə Ermənistan və ya Qarabağla bağlı əlavələri daxil edə bilməyib.

Azərbaycan nümayəndə heyətindən Modern.az-a verilən məlumata görə, artıq hər kəs tərəfindən işğalçı olduqları bilinən və beynəlxalq təşkilatda küncə sıxılan Ermənistan nümayəndə heyətinin üzvləri ATƏT PA-nın sessiyasında qurumu təhqir etməyə başlayıblar.

Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan qəzəbli halda çıxış edib.

O, ATƏT-in yaratdığı Minsk Qrupunu dəstəkləmədiyinə, “Dağlıq Qarabağ münaqişəsi”, “hərbi əsirlər” və “humanitar” problemlərlə bağlı AŞPA və Avropa Parlamentinin 44 günlük müharibədən sonra qəbul etdiyi qətnamələri nəzərə almadığına görə ATƏT PA-nı qınayıb. Ermənistanın heç bir təklifinə səs verməyən Assambleya üzvlərinə “ayıb olsun” deyib. (modern.az)

Musavat.com xəbər verir ki, Assambleyanın işində iştirak edən “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan isə sosial şəbəkədə yazıb ki, Ermənistan nümayəndə heyəti qətnamələrə Ermənistan və ya Qarabağla bağlı əlavələri daxil edə bilməyib.
Onun sözlərinə görə, sənədə hətta məhbusların qaytarılması, köçkünlərin problemləri, mədəni irsin qorunması ilə bağlı humanitar məsələlər də daxil edilməyib.
Erməni deputat bildirib ki, çıxışlarımda münaqişənin ATƏT-in Minsk qrupu formatı çərçivəsində həllinin qaçılmaz olduğunu vurğulayıb, öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi ilə bağlı danışıb. “Lakin Azərbaycan tərəfi bildirdi ki, münaqişə həll olunub və İrəvan, Bakı və Şarl Mişel hər şeydə razılığa gəliblər” – deyə, Qalstyan yazıb.
Deputat əlavə edib ki, o, ilk dəfədir ki, belə ciddi beynəlxalq platformada Ermənistanın təkliflərinin rədd edildiyi, təcrid olunması ilə üzləşir. O, buna görə Ermənistan hakimiyyətini ittiham edib, prosesin “ermənilərin milli maraqlarının üstündən xətt çəkən” “sülh gündəmi” nəticəsində baş verdiyini iddia edib.
Beləliklə aydın olur ki, Azərbaycan ATƏT PA platformasında diplomatik uğurlara nail olub, Ermənistanın fitnələri artıq işləmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR