İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkin Qədirli: “Bizim əlimizin altından belə bir layihə çıxa bilməz”

“Çalışmaq lazımdır ki, gələn müzakirələrdə tənqidlər qədər təkliflər olsun”.

Musavat.com xəbər verir ki, bunu YAP-çı deputat Hikmət Babaoğlu parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qanun layihəsinin kim tərəfindən hazırlanması barədə REAL sədri İlqar Məmmədovun sualına cavabında “Hörmətli İlqar müəllim, bu qanun layihəsinin müəllifi həm də sizsiniz. Bu layihə Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın müraciəti əsasında hazırlanıb” - deyə bildirib və Milli Məclisdə təmsil olunan REAL təmsilçisi Erkin Qədirlidən bəhs edib.

E.Qədirli isə söz alaraq məsələyə aydınlıq gətirib: 

“Parlamentdə təmsil olunan 11 siyasi partiyadan yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olub-olmadığı barədə soruşulub və biz də belə bir zərurətin olduğunu bildirmişik. Həqiqətən bizim də rəyimiz alınıb. Amma bizim partiya bu layihənin hazırlanmasında iştirak etməyib. Bizim əlimizin altından belə bir layihə çıxa bilməz”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR