İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan F-16-larla bağlı AÇIQLAMA: "Dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var"

“Dünyada F-16-ların da alternativləri var”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Prezident bildirib ki, patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, S-400-ləri aldıq:

"Əgər ABŞ da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri F-16 qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cozef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR