İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İlham Əliyevlə bağlı təsirli paylaşım: "Əbədi qardaşlıq yolunda yeni mərhələ"

Türkiyə və Azərbaycandan güc və birlik mesajı – “Biz sülh, inkişaf və tərəqqi istəyirik!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün ardından tarixi paylaşım edib. Ərdoğan qardaş ölkənin liderini Türkiyədə qəbul etməkdən böyük məmnuniyyət duyduğunu bildirərək, Bakı və Ankaranın sarsılmaz birliyinin hər sahədə gücləndiyini vurğulayıb.

Ərdoğan paylaşımında “Bir millət, iki dövlət” ifadəsinin təkcə bir şüar olmadığını, bu qardaşlığın hərbi, iqtisadi və enerji sahələrində möhtəşəm layihələrlə gerçəkliyə çevrildiyini qeyd edib.

“Biz ticarətdən müdafiəyə, xüsusilə enerji sektorunda bir çox strateji layihələrə imza ataraq əlaqələrimizi daha da möhkəmləndiririk. Gələcəyə birlikdə addımlayırıq.”

Türkiyə lideri bəyan edib ki, Ankara və Bakı bölgədə sabitliyin, sülhün və rifahın qarantıdır:

“Türkiyə-Azərbaycan barışın, huzurun, rifahın tərəfdarıdır. Biz bölgədə yalnız sülh, əməkdaşlıq və birlik istəyirik. İnşallah, bundan sonra da regional sabitlik və inkişaf naminə bütün addımları birlikdə atacağıq.”

Bu möhtəşəm mesaj, Azərbaycanın və Türkiyənin bölgədəki rolunun gücləndiyini və sarsılmaz qardaşlığın yeni zirvələrə yüksəldiyini bir daha sübut edir.

 

Musavat.com

Screenshot_1.png (206 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR