Onlayn ictimai-siyasi qəzet
Londonun ICE birjasında "Brent" markalı neftin 2025-ci ilin may ayı üçün füçerslərinin qiyməti 2024-cü il sentyabrın 10-dan bəri ilk dəfə bir barel üçün 69 dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə birjanın saytında məlumat verilib.
Bakı vaxtı ilə saat 19:39-a olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 2,91% enərək 1 barel üçün 68,97 dollar olub.
Bakı vaxtı ilə saat 19:55-də "Brent"in füçersləri 68,86 dollara (-3,07%) satılıb. Eyni zamanda, WTI markalı xam neftin aprel füçersləri 3,63% azalaraq bir barel üçün 65,78 dollar olub.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ