İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

Vaşinqton bundan sonra ABŞ administrasiyasının qanunsuz miqrasiyada iştirak etdiyini güman etdiyi xarici rəsmilərə qarşı birtərəfli sanksiyalar tətbiq edəcək.

“Report” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

“Bu gün yeni viza məhdudiyyətləri siyasətini elan edirəm. Bu məhdudiyyətlər digər ölkələrin hökumət rəsmilərinə, o cümlədən miqrasiya və gömrük xidməti əməkdaşlarına, hava və dəniz limanlarında çalışanlara, eləcə də Vaşinqtonun qanunsuz miqrasiyaya bilərəkdən şərait yaratmaqda şübhəli bildiyi digər məmurlara şamil olunacaq”, – dövlət katibinin yazılı açıqlamasında bildirilib.

Rubio əlavə edib ki, sanksiyalar həmçinin vəzifə borclarını vicdansız yerinə yetirən şəxslərə qarşı da tətbiq ediləcək. Buraya miqrasiya qanunlarının tələblərini pozan və ya xarici vətəndaşların ABŞ-nina cənub-qərb sərhədindən qanunsuz keçidinə dolayısı ilə şərait yaradan şəxslər də daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR