Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür ki, doğma anası tərəfindən şiddətə məruz qalan 3 yaşlı qızcığaz Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağındadır.
Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Mələyə sahib çıxan, öz övladlarından seçməyən, ona lap körpəlikdən sevgi verən, qəyyumluq edən ailə var imiş.
Məlum olub ki, Mələk 3 yaş 8 aylıqdır. 1 yaş 4 aylığından isə Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpə qızcığaza qəyyumluq edir. Cəmilə xanım deyir ki, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, gənc ana övladına baxmaq üçün ailə axtarır. O, uşağın şəklini görür və razılaşır:
Qadın deyir ki, Fatimə Ramazanova yenidən öz övladını Nəsirovlar ailəsinə təhvil verir və ailəyə qəyyumluq verəcəyini vəd edir:
Cəmilə Nəsirova bildirir ki, Fatimə Ramazanova ailəyə yalandan vəd verir, amma qəyyumluq yox. 2024-cü ilin dekabrından yenidən uşağı ailədən alır, bu dəfə isə işgəncə verir.
İndi Nəsirovlar ailəsi balaca Mələyin yolunu səbirsizliklə gözləyir.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ