Onlayn ictimai-siyasi qəzet
Avstraliya Ukrayna Enerji Dəstək Fonduna əlavə 6 milyon avro töhfə verib. Bu vəsait Ukrayna enerji sektorunun əsas ehtiyaclarına sərf olunacaq.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi teleqramda açıqlayıb.
Nazir Herman Qaluşşenko avstraliyalı tərəfdaşlara dəstəyə görə təşəkkürünü bildirib.
“Biz düşmənin zədələdiyi avadanlıqları bərpa etməyə davam edirik və tərəfdaşların köməyi sayəsində milyonlarla ukraynalı ailənin evlərinə işıq və istilik qaytarırıq”, – o qeyd edib.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ