İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib

Avropa İttifaqı (Aİ) Polşaya pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün ayrılan vəsaitdən 30 milyard zlotını (7,2 milyard avro) müdafiə xərclərinə yönəltməyə icazə verib.

“Report” xəbər verir ki, bu barədə Polşanın fondlar və regional siyasət naziri Katarjina Pełçinskaya-Nalenç “X” sosial şəbəkəsindəki paylaşımda bildirib.

“Avropa Komissiyası ilə razılaşdırıldı. Milli Bərpa Planı çərçivəsində 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik və müdafiə fondu yaradırıq. Bunun üçün Şəhərlərin Yaşıl Transformasiyası maliyyə alətindən vəsaitlərin bir hissəsini yönləndiririk”, - nazir yazıb.

O qeyd edib ki, vəsaitdən bələdiyyələr yollar və sığınacaqlar kimi ikili təyinatlı obyektlərin tikintisi üçün istifadə edə bilər, fond həmçinin müdafiə tədqiqatları və istehsalını maliyyələşdirəcək.

Qeyd edək ki, martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ-nin 27 ölkəsinin liderinə məktub göndərərək, icmanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim edib. O, 150 milyard avroluq kreditlə Aİ ölkələrinə hava hücumundan müdafiə və artilleriya sistemləri, raketlər və artilleriya sursatları, pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlər kimi ümumAvropa hərbi qabiliyyətlətinin yaradılmasının təklif olunduğunu vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR