İnsanlara hürriyət, millətlərə istiqlal!

Uolts: ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir

ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ evdə jurnalistlərə bildirib.

“Biz bir addım geri çəkildik və ara verdik və bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”, – o, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavab verərkən qeyd edib.

Bununla yanaşı, Uolts ukraynalı həmkarı ilə daha öncə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”.

O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR