İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papasının son durumu açıqlanıb

Roma Papası Fransisk hazırda həkimlərin nəzarəti altında xəstəxanada olan və katoliklər tərəfindən qeyd olunan Kül çərşənbəsi münasibətilə keçirilmiş ritualda kresloda oturaraq iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş pontifikin durumu sabitdir, tənəffüs tutmaları təkrarlanmayıb.

Əvvəlki kimi, gecə saatlarında burun boruları vasitəsilə oksigen təchizatı maska vasitəsilə süni ağciyər ventilyasiyası ilə əvəz olunacaq. Tənəffüs fizioterapiyasına hərəkət terapiyası da əlavə edilib. Səhər saatlarında Fransisk yenidən Qəzzadakı katolik icmasına zəng edib, həmçinin bir müddət işlə məşğul olub.

Bəyanatda klinik vəziyyətin mürəkkəb olaraq qaldığı və proqnozun ehtiyatlı olduğu vurğulanıb.

Xatırladaq ki, Roma Papası fevralın 14-dən xəstəxanadadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR