İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməlləri ilə hər kəsi şoka salan qadından YENİ XƏBƏR - Görün aqibəti necə oldu - FOTOLAR

İT işçisi olan 22 yaşlı Sofiya Ukraynadan qaçdıqdan sonra “Ukrayna üçün evlər” kampaniyası çərçivəsində İngiltərəyə sığınıb. 29 yaşlı Tony Garnett və həyat yoldaşı ona evinin qapısını açıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik şirkətinin sahibi olan Toni evinə yerləşən Sofiyaya qısa müddət sonra aşiq olub və o, həyat yoldaşını və iki uşağını tərk edərək ukraynalı qadınla eşq yaşamağa başlayıb.

Hadisə Britaniya və dünya mətbuatında geniş marağa səbəb olub. Cütlüyün səmimi fotoları qəzet manşetlərini bəzəyib, Sofiya sosial mediada “ev yıxan” qaçqın qadın kimi şərhlər almağa başlayıb.

Lakin Sofiya “The Sun” qəzetinə verdiyi açıqlamada Toninin onu tərk etdiyini deyib. Həmçinin gənc qadının qaçqın vizasının müddəti başa çatıb. 

Sevgilisi ilə barışmaq cəhdləri boşa çıxan Sofiya müharibənin davam etdiyi Ukraynaya qayıdıb. Üstəlik, gənc qadını vətəninə 4 ay münasibətdə olduğu britaniyalı sevgilisi Toni yola salıb.

Gənc qadının sevgi macərası kimi qayıdış hekayəsi də Britaniya mətbuatında geniş işıqlandırılıb.

Avtobus, təyyarə və qatarla 24 saatlıq yoldan sonra məmləkətinə çatan Sofiyanı nənəsi qarşılayıb.

Ukrayna küçələrində təkbaşına poza verən Sofiya deyib:

"Evdə olduğum üçün xoşbəxtəm. Toni üçün çox darıxıram, amma daha onun üçün ağlamaq istəmirəm. Ukraynaya gələndə özümü daha yaxşı hiss etdim. Amma Lvova çatanda vağzalda siren səsini eşidəndə qorxdum. Dedilər ki, Rusiya hücuma keçə bilər. Mən görürəm ki, xalqım müharibə səbəbindən depressiyaya düşüb. Avtobusda evə gedərkən bir əsgərin cənazəsini gördüm və göz yaşlarına boğuldum. Gördüyüm mənzərə burada baş verənləri mənə bir daha xatırlatdı”.

Ukraynalı qadın Toni ilə hələ də barışmağa ümid etdiyini bildirib:

"O, çox gözəl insandır. Mənimlə maraqlanmasaydı, məni hava limanına aparmazdı. İngiltərəyə qayıtdıqdan sonra münasibətlərimizi yeniləyə biləcəyimizə ümid edirik".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR