İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməliyyatxanalardakı işıqlar niyə kölgə salmır? - Cərrahların işini asanlaşdıran lampalar – Maraqlı

İşığın istənilən şəffaf olmayan obyekt tərəfindən qarşısı kəsildikdə kölgə yaranır. Bunun təbiətdə ən böyük örnəyi Günəş və Ay tutulmalarıdır. Belə ki, Ay Günəşlə Yerin arasında dayandığı an Günəş tutulması baş verir. Yəni, Ayın kölgəsi Yer üzərinə düşür.
Demək olar ki, bütün işıqlar kölgə yarada bilir. Amma istisna da mövcuddur. Cərrahi əmaliyyatlar zamanı istifadə olunan işıqların kölgəsinə rast gəlmirik.

Bəs bu necə mümkün ola bilər?

Əməliyyat lampaları xüsusi üsullarla hazırlanır və görmə yorğunluğunu azaldaraq cərrahların gözlərini qoruyur.

2ce41227-e0db-4c9f-8c55-d59349c2a541.jpg (9 KB)

Əməliyyat lampalarının əsas funksiyası cərrahların cərrahi əməliyyatlar zamanı ən xırda detalları belə aydın görməsini təmin etməkdir. Lampalar çoxlu işıq mənbələrinə malikdir və bu işıq mənbələri cərrahi sahəni müxtəlif bucaqlardan işıqlandırır. Beləliklə, tək mənbədən gələn işığın yarada biləcəyi kölgələr aradan qaldırılır.

Xüsusilə lampalarda istifadə olunan reflektorlar və diffuzorlar işığın homojen şəkildə yayılmasına kömək edir.

Reflektorlar işığın istiqamətini və intensivliyini idarə edərək, cərrahi sahənin hər küncünün işıqlandırılmasını təmin edir.

Beləliklə, kölgələnmə riskini minimuma endirir və cərrahlara fasiləsiz görüntü əldə etməyə imkan verir.

e4d5a04c-5010-4748-b2a5-51abfdad925b.jpg (10 KB)

Lampaların əməliyyat masasına düz bucaq altında yerləşdirilməsi əməliyyat sahəsinin optimal işıqlandırılmasını təmin edir. Bucaq işığın cərrahın əlləri və ya avadanlığı ilə yarana biləcək kölgələrin qarşısını almasına kömək edir.

Bundan əlavə, müasir cərrahi işıqlar cərrahların ehtiyaclarına uyğun olaraq tənzimlənən xüsusiyyətlərə malikdir. İşıqlandırma gücü və rəng temperaturu kimi amillər əməliyyat prosesində optimallaşdırıla bilir.

Bu gün bir çox cərrahi işıqlar LED texnologiyası ilə təchiz edilib. LED lampalar həm enerjiyə qənaət edir, həm də daha güclü işıqlandırmanı təmin edərək cərrahi əməliyyatların dəqiqliyini artırır.

Şahanə Rəhimli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR