İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Mərkəzi Asiyaya gözlənilməz təklif: Yalnız hasilat deyil...  

Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin təkcə hasilatda deyil, həm də mühüm xammalın yerli emalı sahəsində tərəfdaşı olmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində çıxışı zamanı deyib.
O, təklifin yerli istehsalın inkişafını nəzərdə tutduğunu bildirib: "Bəziləri yalnız kritik xammalın istismar və hasilatına maraq göstərir. Avropanın təklifi fərqlidir. Biz həm də yerli sənayenin inkişafında sizin tərəfdaşlarınız olmaq istəyirik, əlavə dəyər yerli olmalıdır".

AK rəhbərinin sözlərinə görə, region ölkələri dünya üzrə manqan, eləcə də litium və qrafit ehtiyatlarının 40 faizinə malikdir: “Bu xammal gələcək qlobal iqtisadiyyatın can damarıdır. Bununla belə, o həm də qlobal oyunçular üçün yemdir. Birlikdə biz hasilatdan emala, yeni tədqiqat laboratoriyalarının açılmasından yerli işçilərin təliminə qədər bütün xammal dəyər zənciri boyunca yerli sənayelər qura bilərik".

Fon der Lyayen xatırladıb ki, Avropa şirkətləri artıq Özbəkistanın Daşkənd vilayətində mis yatağının işlənməsində iştirak edir və bu layihəyə 1,6 milyard avro sərmayə qoyublar.

Qeyd edək ki, 2024-cü il sentyabrın 17-də Astanada keçirilən Mərkəzi Asiya-Almaniya sammitində çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin region ölkələrində mühüm xammalın kəşfiyyatı, hasilatı və emalı və məhsulların gələcək Avropa İttifaqı ölkələrinə tədarükü üzrə layihələrdə iştirak etməyə hazır olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR