İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yeni tarifləri "İphone"lara da təsir edəcək- 43%-lik artım gözlənilir

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük tarifləri iPhone qiymətlərini kəskin bahalaşdıra bilər.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin proqnozuna görə, "Apple"ın yeni modellərinin qiymətində 43%-lik artım müşahidə oluna bilər.

Belə ki, "iPhone 16"nın ən ucuz versiyasının qiyməti 1 142 dollara, "iPhone" 16 Pro Max modelinin qiyməti isə 2 300 dollara qədər yüksələ bilər.

Analitiklər bildirirlər ki, bu bahalaşma "Apple"ın istehsal xərclərini müştərilərə yükləməsi halında baş verəcək. Şirkətin əsas istehsal mərkəzlərinin Çində yerləşməsi səbəbindən yeni tariflər "Apple" üçün ciddi maliyyə yükü yaradır.

Hələlik "Apple" bu qiymət artımına dair rəsmi açıqlama verməyib. Lakin mütəxəssislər hesab edirlər ki, tariflər qüvvədə qalarsa, ABŞ bazarında smartfon qiymətləri rekord həddə yüksələ bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR