Onlayn ictimai-siyasi qəzet
Aktyor Murad İsmayıl anası haqqında yazılan şərhlər barədə sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan aktyor eks həyat yoldaşı Ülviyyə Xəlinbəyova ilə ayrılığını anasına bağlayanlara cavab verib:
"Mənim və anamın adı çəkilməməlidir. Girib anam haqqında mənfi rəylər yazırlar. Sən kimsən anama şər atırsan? Gedim vurub öldürüm? Yaraşmaz mənə, iki övladım var. Anam evində oturub, onunla nə işiniz var? Sizin qayınananız pis olubsa, gedin, onun dərdini çəkin. Durduq yerdə demirəm, son xəbərdə yazılan rəyləri oxudum. Bir adama da cavab verməmişəm. Qazandığım bütün uğurların arxasında anam və atam dayanıb. Kimsə nəsə paylaşıbsa, mənə və anama nə dəxli var? Heç bir ana övladının pis gününü arzulamaz. Ülviyə anamla bağlı paylaşım etməyib. ".
Qeyd edək ki, Ülviyyə və Murad ötən il rəsmi boşanıb Bir neçə gün əvvəl Ülviyyə evində cadu tapması ilə bağlı paylaşım edib.
Könül
Musavat.com
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ