Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparıcısı Kirill Dmitriyev ABŞ-da yalnız Donald Trampın komandası ilə deyil, həm də bir sıra senatorlarla görüşlər keçirib.
Musavat.com xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Bildirilir ki, görüşlərdə iştirak edən senatorlardan biri respublikaçı Lindsi Qrem olub.
Qeyd edək ki, o, bir müddət əvvəl Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini təqdim etmişdi.
Bu məlumat ABŞ-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə yayıldığı üçün ciddi müzakirələrə səbəb olub. Hələlik nə Kreml, nə də Trampın komandası bu iddialara rəsmi cavab verməyib.
Musavat.com
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ