İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında xaos: Qiymətlər 2022-ci ildən bəri ən kəskin enişi yaşayır  


ABŞ Prezidenti Donald Trampın tariflərlə bağlı qərarları və OPEC+ bəyanatları fonunda əvvəlki 2022-ci ildən bəri ən böyük qiymət enişini davam etdirir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 12.10 üçün 68,50 dollar təşkil edir. Bu da əvvəlki hərraclara nisbətən 1,61 dollar (2,30 faiz) aşağıdır. Dünən bu kontraktlar 4,81 dollar (6,4 faiz) azalaraq 70,14 dollara düşmüşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin may fyuçersləri 1,62 dollar (2,42 faiz) ucuzlaşaraq 65,33 dollar təşkil edib. Dünən bu markanın qiyməti 4,76 dollar (6,6 faiz) itirərək bir barel üçün 66,95 dollar təşkil edib.

Dow Jones məlumatlarına görə, cümə axşamı Brent neftinin düşməsi 2022-ci ilin avqustundan bu yana, WTI isə 2022-ci ilin iyulundan bəri ən böyük eniş olub.

Ekspertlərə görə, ABŞ-ın ticarət tədbirləri və digər ölkələrin əks tədbirləri qlobal neft tələbinin əvvəllər gözləniləndən daha aşağı olacağını göstərir.

Bu fonda OPEK+ ölkələrinin hasilatı daha sürətlə artırmaq qərarı bazar üçün kəskin bədbinliyə səbəb olub. Dünən OPEC+ üzvü olan səkkiz ölkə gündəlik 2,2 milyon barel həcmində neft hasilatına dair əvvəllər qəbul edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını sürətləndirmək və may ayından hasilatı gündə 411 min barel artırmaq qərarına gəlib. Yeni plana görə, may ayında Rusiyanın kvotası sutkada 9,083 milyon barel, Səudiyyə Ərəbistanınınki isə 9,2 milyon barel olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR