İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Tramp rüsumlarına cavabı gələn ay qüvvəyə minəcək

Avropa İttifaqı gələn həftə ABŞ-a cavab olaraq bu ölkədən idxala tarifləri gələn həftə qəbul edəcək.

Musavat.com “Financial Times”a istinadən xəbər verir ki, tariflər gələn aya qədər qüvvəyə minməyəcək.

Bildirilir ki, Aİ üzv dövlətlərin səlahiyyətlilərinə təklif olunan cavab tədbirlərinin yenilənmiş siyahısını göndərəcək, aprelin 15-də təsdiqlənəcək, lakin yalnız bir ay sonra qüvvəyə minəcək.

Daha əvvəl Aİ-nin ticarət komissarı Maroş Şefçoviç bildirib ki, Aİ ticarət nazirləri aprelin 7-də Amerika mallarına tarifləri təsdiq edəcək. FT tarif məsələsində Avropanın Vaşinqtonla təmaslarının hələ nəticə vermədiyini qeyd edir. Avropalı diplomatların fikrincə, problem ondadır ki, Şefçoviçin danışıqlar apardığı ABŞ-ın ticarət naziri Hovard Latnikin ABŞ prezidenti Donald Trampa təsiri azdır.

Tarif siyasəti ilə bağlı qərarları Ağ Evin ticarət və istehsal üzrə müşaviri Piter Navarro verir. “Görünür, bu siyasətin memarı Piter Navarrodur. Amma o, danışıqlar aparmayacaq”, - mənbə nəşrə bildirib.

Avropanın “Politico” nəşri isə xəbər verir ki, Trampın tətbiq etdiyi yeni tariflər Avropanın ABŞ-a ixracının 70 faizinə, yəni təxminən 380 milyard avroya təsir edəcək. Avropalı diplomat nəşrə deyib:

“Biz dərhal reaksiya verməmək qərarına gəldik ki, çaxnaşma hissi yaratmayaq”.

Bununla belə, “Politico” qeyd edir ki, “çaxnaşma üçün çoxlu səbəblər var”.

Onun hesablamalarına görə, rüsumlar Aİ-nin 26 milyon avro dəyərində polad və alüminium, 66 milyard avro dəyərində avtomobil ixracına, digər qarşılıqlı rüsumlar isə ümumilikdə 290 milyard avro dəyərində ixrac mallarına təsir göstərəcək. Ümumilikdə, Avropanın ABŞ-a ixracatının 70 faizi rüsumlara məruz qalacaq.

Qəzet qeyd edir ki, ABŞ və Aİ arasında ticarət dövriyyəsi eyni qalsa, Amerika tərəfi dövlət xəzinəsini 2024-cü ildəki 7 milyard avro ilə müqayisədə 2025-ci ildə 81 milyard avro artıracaq. Lakin “Bloomberg Economics”in hesablamalarına görə, Aİ-nin ABŞ-a ixracı ortamüddətli perspektivdə təxminən 50 faiz azala bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR