İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Hüseynli: “Bu, beynəlxalq çağırışların tələblərindən irəli gəlir”

“Parlament sədri Sahibə Qafarovanın tapşırığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması mühüm hadisədir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

O bildirib ki, niyyətimiz beynəlxalq təcrübəyə istinad edən, siyasi partiyaların inkişafına xidmət edən qanun layihəsinin hazırlanmasıdır:

“ “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir. Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə, Konstitusiya isə 1995-ci ildə qəbul edilib. Orada siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”.

Vitse-spiker əlavə edib ki, müxtəlif ölkələrdə “Siyasi partiyalar haqqında” qanunvericilik dövlətlərin siyasi sistemindən asılı olaraq dəyişir.

“Yeni qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir. Dünyanın bir çox ölkəsində partiyalarla bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla bağlı bizdə də dəyişikliklərin olması vacib idi”, - Əli Hüseynli vurğulayıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR