Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında səhiyyə ocaqlarında kadr çatışmazlığı ilə bağlı çıxışlara münasibət bildirən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarlarımın Azərbaycanda tibb sahəsindəki kadr çatışmazlığı ilə bağlı dediklərində reaksiya verdi.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, səslənən fikirlərdə həqiqət var.
Ə.Əmiraslanov qeyd etdi ki, dəfələrlə bu sahədə kadr çatışmazlığı, həkimlərin ixtisaslaşmasındakı problemlər, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməməsi kimi məsələləri səsləndirilib:
“Rayonlarda tibbi kadrların olmaması yox, çatışmaması problemi var. Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir. Dörd il əvvəl səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan məbləğ 870 milyon idisə, hazırda bu rəqəm icbari tibbi sığorta ilə birlikdə 3 milyardı keçib. İcbari tibbi sığorta nə qədər faydalı olsa da, burada da problemlər var”.
Komitə sədri digər vacib məsələyə də diqqət çəkdi: “Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir”.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ