Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanın qərbindəki Fərəh vilayətində dini ibtidai məktəbdə 40 məktəbli kütləvi şəkildə içməli sudan zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.
Hadisə əyalətin qərbində yerləşən Qala-i-Kah rayonundakı qızlar məktəbində baş verib. Zərərçəkənlərdən bəzilərinin xəstəxanaya yerləşdirilməsi tələb olunub, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. Suyun toksikliyinə nəyin səbəb olduğu hələ də məlum deyil.
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ