İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən nadir çəhrayı almazı rekord qiymətə satıldı - ŞOK MƏBLƏĞ

Dünyanın ən nadir çəhrayı almazlarında biri rekord qiymətə satılıb.

Musavat.com xəbər verir ki, ötən gün Honq-Konqda hərraca çıxarılan dünyanın ən nadir çəhrayı brilyantlarından biri kimi tanınan "Williamson Pink Star" rekord qiymətə satılıb.

Hərrac evi tərəfindən qüsursuz olaraq xarakterizə edilən 11,15 karatlıq almaz 20 dəqiqəlik hərracda 57 milyon dollara satılıb.

"Williamson Pink Star" Kraliça II adını daşıyır. Elizabetə toy hədiyyəsi olaraq verilən başqa bir çəhrayı almazın şərəfinə adlandırılan 11,15 karatlıq "Williamson Pink Star" (Çəhrayı Ulduz) brilyantı hərracda 453 milyon Honq Konq dollarına (57 milyon 736 min 78 ABŞ dolları) adı açıqlanmayan bir alıcıya satılıb.



Qeyd edək ki, Mütəxəssislər almazn maksimum satış qiymətinin 22 milyon dollar olacağını proqnozlaşdırmışdılar.

11,15 karat ağırlığında və almazlarda təbii olaraq tapılan ən nadir rənglərdən birini daşıyan "Williamson Pink Star" indiyə qədər satılan ikinci ən böyük qüsursuz çəhrayı almazdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR