İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Musavat.com xəbər verir ki, sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.

Anlaşma Memorandumunun imzalanması ölkəmizin ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili, eləcə də mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədini daşıyır. Sözügedən sənəd əsasında ilk olaraq Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndində yerləşən məscidin bərpasına dəstək göstərilməsi planlaşdırılır.

İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafı, xüsusi ilə də mədəni əlaqələrin möhkəmlənməsinin sevindirici hal olduğu vurğulanıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol alaraq, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq, qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR