İnsanlara hürriyət, millətlərə istiqlal!

Elton Conun fondları Rusiyada “arzuolunmaz” kimi tanınıb

Rusiya Federasiyasının Baş Prokurorluğu 1992-1993-cü illərdə immun çatışmazlığı sindromu ilə yaşayan insanlara dəstək məqsədilə yaradılmış “Elton Con QİÇS fondu”nu “arzuolunmaz” kimi tanıyıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya hakimiyyəti bu fondların məqsədlərinin daha çox HİV-ə qarşı mübarizəyə deyil, qeyri-ənənəvi cinsi münasibətlərin və Qərb ailə modelinin təbliğinə yönəldiyini iddia edir. Bundan əlavə, fondlar 2022-ci ilin əvvəlindən Qərbin Rusiyaya qarşı yönəlmiş informasiya kampaniyasında iştirak etməkdə ittiham olunur.

Həmçinin Baş Prokurorluğun məlumatına görə, Elton Conun fondları xarici agent funksiyalarını yerinə yetirən qeyri-kommersiya təşkilatları ilə fəal əməkdaşlıq edir və ənənəvi dəyərləri dəstəkləyən ölkələrə qarşı çıxır.

Baş Prokurorluğun müvafiq açıqlamasından sonra fond “arzuolunmaz” təşkilatlar siyahısına daxil ediləcək. Rusiyada bu cür strukturların işi qadağandır və onların fəaliyyətində iştirak cərimə və həbs cəzası ilə nəticələnə bilər. Hazırda “arzuolunmazlae” siyahısında 213 təşkilat var.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR