İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada bıçaqlanan yeniyetmənin vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, Zaqatalada bıçaqlanma olub.

Əliabad qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2025-ci il tarixində saat 21:45 radələrində 1 nəfər (kişi cinsli) Zaqatala rayon Əliabad qəsəbə sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

“Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir, müayinələr davam edir”, - TƏBİB-dən məlumat verilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR