İnsanlara hürriyət, millətlərə istiqlal!

Volkan Konakın həyatını xilas etmək olarmış: ətrafındakılar sadəcə onu... - Kardioloqdan sensasion açıqlama

Musavat.com xəbər verir ki, Azərbaycanın tanınmış kardioloqu, professor, Milli Məclisin deputatı Rəşad Mahmudov Türkiyənin məşhur müğənnisi Volkan Konakın səhnədə qəfil ürək dayanmasından sonra vəfat etməsi ilə bağlı açıqlama verib.

Professorun fikrincə, bu faciənin qarşısı alına bilərdi – əgər ətrafdakılar vaxtında CPR (ürək masajı və süni tənəffüs) tətbiq etsəydilər, Volkan Konak bu gün də həyatda ola bilərdi.

Rəşad Mahmudov bildirib ki, qəfil ürək dayanması istənilən yerdə – səhnədə, evdə, metroda, məktəbdə və ya küçədə baş verə bilər. Amma əsl vacib olan, həmin an ətrafda olan insanların necə davrandığıdır:

“Beyin və digər həyati orqanlara qan axını 3-5 dəqiqə ərzində bərpa olunmasa, daimi beyin zədəsi və ölüm riski artır. CPR tətbiqi isə bu axını müvəqqəti olaraq təmin edərək insanın sağ qalma şansını 2-3 dəfə artırır. Ən gec bir dəqiqə içində müdaxilə olunmalıdır,” – deyə professor vurğulayıb.

Təəssüf ki, Şimali Kiprdə konsert zamanı səhnədə ürəyi dayanan Volkan Konak üçün bu müdaxilə edilməyib. Ətrafdakılar ilkin yardım göstərməyə çalışsalar da, CPR texnikasını bilmədikləri üçün sənətçinin həyatını xilas etmək mümkün olmayıb. 

ac48f42f-4b77-466d-9e67-eb9ace725eb8.jpg (308 KB)

Professor Mahmudov bir daha CPR-ın yalnız tibbi personalın deyil, cəmiyyətin hər bir üzvünün bilməli olduğu həyati bacarıq olduğunu bildirib:

“Bir həyat sənin əllərində ola bilər. CPR öyrən, həyat xilas et! Hər şey – canımızı heç düşünmədən əmanət edə biləcəyimiz Azərbaycan cəmiyyəti naminə!”

Musavat.com olaraq hörmətli professorun bu peşəkar və həyati əhəmiyyət daşıyan açıqlamasını təqdim edirik. Bu faciə bir daha göstərdi ki, ilk yardım bilikləri sadəcə bilik deyil – həyat qurtaran bir bacarıqdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR