İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti: ABŞ Konqres seçkilərinin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcək

ABŞ administrasiyasının Ukraynaya verdiyi dəstək seçkilərdən sonra Konqresdə formalaşacaq istənilən siyasi konfiqurasiyadan sonra da dəyişməz qalacaq.

APA “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedan Patel brifinqdə bildirib.

“Bizim ukraynalı tərəfdaşlara sədaqətimiz nəinki sarsılmazdır, həm də möhkəmdir. Biz Ukraynaya özünümüdafiə üçün hər şeyi edəcəyik”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ hər dəfə danışıqlar prosesi başlayanda Ukrayna üçün mümkün olan ən yaxşı mövqeyi təmin etməyə çalışacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR