İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət başçıları Putinin ad gününə nə hədiyyə ediblər? - VİDEO

Ötən gün Rusiya prezidenti Vladimir Putinin 70 yaşı tamam olub.

BAKU.WS Rusiyanın MASH portalına istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə qatılan dövlət başçıları bu münasibətlə Vladimir Putinə qeyri-adi hədiyyələr ediblər.

Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə şəxsi traktor, Tacikistan Prezidenti Emoməli Rəhmon isə qovun və qarpız piramidası bağışlayıb.

Rus liderə traktor hədiyyə edən Lukaşenko sürprizini tərifləməyi də unutmayıb. Belarus liderinin ona bu barədə sual verən jurnalistlə maraqlı dialoqu isə belə olub:

- Sirr deyilsə, hədiyyə olaraq nə gətirmisiniz?

- Traktor!

- Nə cür bir traktor?

- Belarusiya traktoru, ən yaxşısıdır!

Sözügedən videonu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR