İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Yatarkən bu paltarları geyinməyin

Həkim Debora Lkak yatarkən hansı paltarın geyinməməli olduğunu açıqlayıb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, həkimin fikrincə, bəzi geyimlər zəif qan dövranı və hətta infeksiya riskini artırır.

Onun sözlərinə görə, ayaqları qızdırmaq daha tez yuxuya getməyə kömək edir:

"Bununla belə, yataqda corab geyinməyin bir sıra mənfi nəticələri var. Corablar, xüsusilə də çox sıx olduqda, qan dövranına mane ola bilər. Bundan əlavə müxtəlif infeksiyaların, o cümlədən göbələklərin əmələ gəlməsi riski daha çoxdur. Aparılan araşdırmalar göstərib ki, corablarda xalça qədər bakteriya ola bilər. Alt paltarda yatmaq da düzgün deyil. Dərinin "nəfəs alması" lazımdır və buna görə də gecələr alt paltarı olmadan yata bilərsiniz. Yatanda paltar seçərkən yadda saxlamalısınız ki, dar pijama qan dövranına mane ola, diskomfort yarada və yuxunu çətinləşdirə bilər. Bundan əlavə, isti pijama həddindən artıq istiləşməyə səbəb ola bilər ki, bu da öz növbəsində tərləməyə səbəb olacaq və yuxuya getməyi çətinləşdirəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR