İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İran Danimarkaya nota verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib. Buna cavab olaraq Danimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün İran İslam Respublikasının Kopenhagendəki səfirliyinə soyuq silahla silahlı basqın olub.

Hadisəni törədən şəxs İran səfirini təhdid edərək işçilərdən birini yaralayıb və səfirliyin maşınlarına ziyan vurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR