İnsanlara hürriyət, millətlərə istiqlal!

Dani Alves cinsi təcavüz ittihamı ilə həbs olunub

İspaniya məhkəməsi Barselonanın gecə klubunda qadına qarşı cinsi təcavüz ittihamı ilə braziliyalı futbolçu Dani Alvesin həbsinə qərar verib.

 “Reuters” xəbər verir ki, ittiham aktını rədd edən 39 yaşlı futbolçu Barselona yaxınlığındakı “Brians 1” həbsxanasına aparılıb.

Cümə günü yerli polis Alvesi saxlayıb sorğu-sual etdikdən sonra o, hakim qarşısına çıxıb. Dövlət ittihamçısı onun mühakimə olunana qədər zaminə buraxılmadan həbs edilməsini istəyib.

Kataloniya Məhkəməsinin məlumatında deyilir ki, cinsi təcavüzə məruz qaldığını iddia edən qadın bu ayın əvvəlində şikayət edib və iş açıq qalır.

Alves bir müddət öncə “Antena 3” TV-yə Barselona klubunda insanlarla birlikdə olduğunu bildirsə də, cinsi təcavüz faktını rədd edib.

Futbolçu cinsi təcavüzdə təqsirli bilinərək saxlanıldığı üçün Meksikanın “Pumas” futbol klubu onunla müqaviləyə xitam verib.

Bu barədə İspaniyanın “Relevo” portalı klubun prezidenti Leopoldo Silvaya istinadən məlumat yayıb.

Silva mətbuat konfransında deyib: “Klub bu gündən etibarən üzrlü səbəbdən Alveslə müqaviləyə xitam vermək qərarına gəlib" (AZƏRTAC).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR