İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: "Rusiyanın Ukraynaya göndərdiyi on minlərlə yeni əsgər vəziyyəti dəyişmədi"

Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni rus əsgər göndərib.

AZƏRTAC bu barədə CNN telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, qüvvələrin bu cür köçürülməsi heç bir nəticə vermədi: “Çünki əsgərlər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif hazırlıqlı” cəbhə xəttinə gəliblər”.

“Rusiya yeni təşkil edilmiş və birləşmiş birləşmələr əvəzinə, mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, - jurnalistlər ABŞ-ın yüksək rütbəli məmuruna istinadən bildiriblər.

Bir qədər əvvəl Prezident Vlodomir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hansı qüvvələri topladığını görür və onları dəf etməyə hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR