İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqaz qarışır - Qərbin ŞOK PLANI

Azərbaycandan alınmadı, Gürcüstan zəif bənd kimi seçilib

Azərbaycanda 1 sentyabr parlament seçkiləri əvvəldən axıra kifayət qədər sakit keçdi.   Seçkilərdən hansısa xarici qüvvələrin istifadə edib aranı qarışdırmaq planları olsa belə, bu planların gerçəkləşdirilməsi mümkün olmadı.  Seçki günü Meydan TV, AzadlıqRadiosu, Azad söz və digər platformaların fəaliyyəti əslində Qərbin Azərbaycandakı proseslərə müdaxilə cəhdləri kimi də qiymətləndirilə bilər.  

İndi isə ABŞ-ın oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazılığı və ölkədə “rəngli inqilab” hazırlaması barədə iddialar narahatlıq doğurur.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. “Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Serbiyada seçkilərə müdaxilə cəhdləri olmuşdu. Azərbaycanda seçkilərə müdaxilə edə bilməsə də, indi Gürcüstanı müəyyən risklər gözləyir.

Açıq-aşkar görünür ki, Qərbin Cənubi Qafqazın iki ölkəsində daxili gərginliklər yaşanmasında hansısa maraqları var. Cənubi Qafqazda gərginliklər meydana gətirmək istəyirlər. İstədiklərinə nail ola biləcəklərmi?

İlyas Hüseynov: Yerli istehsal maskalarla bağlı süni qiymət artımının  qarşısını alacaq | Kaspi.az

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 1 sentyabr parlament seçkiləri uğurla başa çatdı. Baxmayaraq ki, bir sıra Qərb təsisatları öz qərəzli mövqeyini hələ seçkilər başa çatmamış ortaya qoydular. Qərbdən maliyyələşən bir sıra media strukturları Azərbaycanda seçki prosesinə müdaxilə etmək cəhdləri etdilər. Həmin media strukturlarının hərəkətlərində əslində səlahiyyət hədlərini aşmaq və dövlətin daxili işlərinə zorla müdaxilə etmək kimi cəhdləri açıq görünürdü. Lakin Azərbaycan cəmiyyəti, seçicilər bu cür məkrli planların növbəti məkrli fazaya keçməsinə şərait yaratmadı. Azərbaycan cəmiyyəti yenə də dövlətin maraqlarının hər şeydən üstün olduğu düşüncəsi ilə hərəkət etdi və Qərbin Azərbaycanda seçkilərdən istifadə edib qarışıqlıq yaratmaq niyyətlərini fiaskoya uğratdı. Cənubi Qafqazın Azərbaycan istiqamətindən qarışdırılması planları iflasa uğradı. Qarşıda seçki marafonu Gürcüstana keçir. Qərbin Azərbaycanla bağlı planları reallaşmadığı üçün senarini Gürcüstanda gerçəkləşdirmyə çalışacaqlar. Artıq buna hazırlıq gedir. İlkin məşqləri may-iyun aylarında ediblər. Gürcüstandakı seçkilərə Qərb institutları ciddi hazırlaşıblar. Cənubi Qafqaz xüsusi seçilib. Ermənistanda gedən proseslər fonunda Gürcüstan və Azərbaycanla bağlı da çox çirkin planlar daim üzə çıxır. Bu planlar hər dəfə ifşa olunduqca növbəti yeni dalğa ilə hərəkətə keçirlər. Bütün vasitələr və metodlardan öz məqsədlərinə çatmaq üçün istifadə olunur". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR