İnsanlara hürriyət, millətlərə istiqlal!

Cennifer Lopez və Ben Afflek gizli evləndi

Cennifer Lopez və Ben Afflek gizli şəkildə evləniblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə xarici media mövcud məhkəmə sənədlərinə istinadən xəbər yayıb.

Məlumata görə, cütlük Nevada ştatının Klark dairəsindəki məhkəmədən nikah şəhadətnaməsi alıb. Burada həyat yoldaşlarının rəsmi adları var - Benjamin Qeza Afflek və Cennifer Linn Lopez.

Evlilik faktını cütlüyə yaxın mənbə də təsdiqləyib.

Bundan əvvəl Cennifer Lopezin barmağında nişan üzüyü görünüb - müğənni 14 yaşlı qızı Emma ilə mebel mağazasında alış-veriş edərkən paparassilər onun şəklini çəkə biliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR