İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda “Əmanət” yay düşərgəsinə 50-yə yaxın şəhid övladı cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin övladları üçün Cəlilabadda “Əmanət“ adlı yay düşərgəsi təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələrinin övladlarının asudə vaxtının səmərəli təşkili məqsədi daşıyan düşərgədə həmin rayondan olan 25 şəhid uşağı iştirak edib.

İştirakçılar Cəlilabad şəhərinin mərkəzində beş hektar sahədə yerləşən “Heydər Əliyev seyrəngahı” ilə tanış olub, Heydər Əliyev Mərkəzində şəhidlərimizin fotolarından ibarət guşəni ziyarət ediblər.

Ötən həftədən etibarən fəaliyyətə başlayan “Əmanət“ yay düşərgəsinə Lənkəran və Cəlilabaddan ümumilikdə 50-yə yaxın şəhid övladı cəlb olunub.

Düşərgələrin növbəti mərhələdə digər rayonlarda da təşkil olunması nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR