Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, altı ayda Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Baş Prokurorluğundan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib.
Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 1 milyon 990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
Prokurorluğun təqdimatı ilə yoxlama aparılan 19 obyekt Elm və Təhsil Nazirliyinə məxsus olub. Bundan əlavə, Mədəniyyət Nazirliyinin Dövlət Kukla Teatrında, TƏBİB-in Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslərində, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində yoxlamalar aparılıb.
Bütün bu yoxlamaların nəticələri Respublika Prokurorluğuna təqdim edilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ