Onlayn ictimai-siyasi qəzet
Rusiya-ABŞ sammitinin keçirilmə tarixi hələ müəyyənləşdirilməyib.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezidentlər görüşün keçirilməsinə sadiqdirlər.
Peskovun məlumatına görə, danışıqlara hazırlıq işləri Rusiya və ABŞ-ın xarici işlər nazirlərinə tapşırılıb. Əvvəlcə Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olacaq, daha sonra şəxsi görüş planlaşdırılır.
Kreml rəsmisi əlavə edib ki, Putin və Trampın görüşü iki həftə ərzində və ya bir qədər sonra baş tuta bilər, lakin danışıqların təxirə salınması gündəmdə deyil.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ