Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a vilayət prokurorluğu məlumat verib.
Prokurorluq bildirib ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi üzrə təqsirli bilib. Maddəyə görə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və külli miqdarda qanunsuz hərəkətsizliyə görə rüşvət verib.
Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər hotel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central - Smolenskenergo-nun məmuruna 846 min rubl rüşvət verib.
Bundan əvvəl Smolensk vilayətinin prokuroru Aleksandr Spitsin TASS-a bildirib ki, regionda iri müəssisələrdən, hotellərdən, restoranlardan və yaşayış binalarından elektrik enerjisinin oğurlanmasını gizlətmək üçün 7 il ərzində enerji şirkətinin işçiləri sahibkarlardan rüşvət alıb. İlkin məlumata görə, rüşvətin ümumi məbləği 6 milyon rublu keçib. Faiq Əliyev də həmin korrupsiya sxemində təqsirləndirilən şəxs kimi cəlb olunub.
Prokurorluq bildirib ki, məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, Faiq Əliyevi 4 il müddətinə azadlıqdan məhrum edib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək qərarına gəlib.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ