İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamikadze Pakistan əsgərlərinə hücum etdi: Ölənlər var

Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristanda Haddi hərbi düşərgəsinə hücum nəticəsində 7 pakistanlı əsgər həlak olub, 13-ü isə yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, terrorçulardan biri bomba yüklü avtomobili düşərgə divarına çırpıb, digər iki hücumçu isə əraziyə daxil olmaq istəyərkən öldürülüb.

Hücuma görə məsuliyyəti Pakistan "Taliban"a bağlı "Ceyş əl-Fursan Məhəmməd" qruplaşması öz üzərinə götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR