İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hava hücumundan müdafiə sistemi Krım üzərində öz təyyarəsini vurdu – SU-30SM məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Rusiya ordusunun hava hücumundan müdafiə sistemi Krım üzərində səhvən öz hərbi təyyarəsini – Su-30SM-ni vurub.

Musavat.com xəbər verir ki, hadisə oktyabrın 17-nə keçən gecə Ukrayna dron hücumlarını dəf etmək cəhdi zamanı baş verib. Pletençukun sözlərinə görə, Rusiya HHM qüvvələri hədəfi səhv müəyyənləşdirərək, öz qırıcı təyyarəsini vurub.

Bundan əlavə, Gvardeysk rayonu istiqamətində baş verən gecə zərbələrindən sonra “ATAN” yanacaqdoldurma şəbəkəsinə məxsus neft bazasında güclü yanğın başlayıb.

Yerli mənbələr yanğının uzun müddət söndürülə bilmədiyini, partlayışların səsinin isə yaxın yaşayış məntəqələrində eşidildiyini bildirir.

Hadisə Rusiya ordusunun Krımda hava hücumlarına qarşı müdafiə sistemində koordinasiya problemlərini bir daha gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR