İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarşıda daha böyük hədəf və məqsədlər var”

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında dövlət başçısının uğurlu səfərlərindən bəhs edib.

Musavat.com-un xəbərinə görə, deputat xatırladıb ki, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev ABŞ lideri Donald Trampın və Misir Ərəb Respublikasının rəhbəri Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misir Ərəb Respublikasına səfər edib:

“Ötən dövrə nəzər saldıqda cənab Prezidentin son bir neçə gündə 4 mühüm sammitdə iştirak etdiyini görürük. Bir-birindən önəmli olan bu tədbirlər eyni zamanda Azərbaycanın çoxvektorlu siyasət həyata keçirdiyini göstərir. Bu tədbirlərdə iştirak, müxtəlif ölkələrin liderləri tərəfindən Prezident İlham Əliyevə göstərilən yüksək diqqət həm də son illər Azərbaycana artan yüksək ehtiramın, etimadın və ölkəmizin beynəlxalq nüfuzun bariz göstəricisidir.

Bu görüşdə də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Prezident İlham Əliyev haqqında xoş fikirlər söyləməsi xüsusilə diqqət çəkən idi”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi regionda və ümumilikdə dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verib:

“Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, nümayəndəlik açıb, məktəb inşasını üzərinə götürüb. Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib.ٍ Yenidən dirçələn Suriyanın enerji təhlükəsizliyində mühüm rol oynayıb.

Bu gün eyni zamanda, Azərbaycan İsraillə də çox yaxşı əlaqələrə malikdir. Məhz bu əlaqələr nəticəsində Azərbaycan Türkiyə İsrail, Suriya İsrail danışıqlarında vasitəçilik missiyasının uğurla yerinə yetirib.

Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Heç şübhəsiz ki, Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır, bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur.

Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir.

Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir. Qarşıda isə daha böyük hədəf və məqsədlər var”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR